ABŞ Dövlət Katibi Marko Rubio Cenevrədə Ukrayna heyəti ilə danışıqlardan sonra ABŞ sülh planında dəyişikliklər edildiyini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Avropanın Ukrayna müharibəsinin başa çatdırılması üçün hazırladığı SƏNƏD - TAM MƏTN
Paralel.az xəbər verir ki , bu barədə "Sky News" məlumat yayıb.
Danışıqlardan sonra Rubio mətbuata bugünkü görüşlərin məhsuldar olduğunu bildirib.
O, Vaşinqton komandasının sülh planına bəzi düzəlişlər etdiyini deyərək hələ çox iş görülməli olduğunu əlavə edib.
Rubio əlavə məlumatların daha sonra təqdim ediləcəyini də açıqlayıb.
Dövlət katibi həmçinin vurğulayıb ki, istənilən plan ABŞ Prezidenti Donald Trampın və Rusiyanın təsdiqini tələb edir.