EN

Yüksək Liqa: 2025/2026 mövsümünün püşkü atıldı

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarının (Yüksək Liqa) 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunmuş tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.

Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – “Azərreyl”, “Abşeron”, “Murov”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar.

Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 komanda – “Azərreyl”, “Murov”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər” çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

Yüksək Liqa (kişilər)
1-ci tur

“Neftçi” – “Ordu”
“Murov” – “Azərreyl”
“Gənclər” – “Xilasedici”

Yüksək Liqa (qadınlar)
1-ci tur

“Gənclər” – “Murov”
“Gəncə” – “Azərreyl”
“DH Volley” – “Abşeron”
UNEC – “Milli Aviasiya Akademiyası”

Oyunların keçirilmə vaxtı və məkanı barədə məlumat veriləcək.

error: Məzmun qorunur!
Chosen
20
46
arena.az

10Sources