AZ

İkinci Liqa: “Xankəndi” Ağstafadan 3 xalla qayıtdı

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Şəki” – “Qaradağ Lökbatan” matçında qonaqlar qələbəyə seviniblər. “Kür-Araz” – “Araz Saatlı” oyununda isə meydan sahibləri oxşar hesabla qələbə qazanıblar. “Ağstafa Gəncləri”nin qonağı olmuş “Xankəndi”yə isə 3 xal qazanmaq üçün 1 qol bəs edib.

İkinci Liqa
3-cü tur

22 sentyabr

“Dinamo” – “Ağdaş” 0:3
Qollar: Ülvi Sarıyev, 79-pen; 85. Yusif Yusifzadə, 90+3.
Hakimlər: Kamil Aydınov, Sadiq Əliyev, Rasim Axundov, Rasim Musayev.
Hakm-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 15:00.

“Quba” – “Şəmkir” 1:0
Qol: Vidadi Cəfərov, 46.
Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Şamil İmanzadə.
Hakm-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Şirvan” – “Göygöl” 2:0
Qollar: Cavid Nəcizadə, 73; 85.
Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Ruslan Məmmədov, Nazim Abdullayev.
Hakm-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

23 sentyabr

“Şəki” – “Qaradağ Lökbatan” 2:3
Qollar: Cavid İmamverdiyev, 80; 90-pen – Ramil Orucov, 23; 60. Tofiq Nəsibov, 48-pen.
Hakimlər: Sənan Bayramzadə, Əkbək Əliyev, Ruslan Babayev, Rasim Musayev.
Hakm-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Rekord Arena”, 15:00.

“Kür-Araz” – “Araz Saatlı” 3:2
Qollar: Asim Quliyev, 17. Vüsal Səfərov, 45+2-pen. Rəvan Quluzadə, 72 – Yaqub Yusubov, 34. Rəvan Əvəzov, 61.
Hakimlər: Rəsul Babayev, Orxan İbişov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakm-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Ağstafa Gəncləri” – “Xankəndi” 0:1
Qol: Tural Qurbatov, 61.
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Ruslan Quliyev.
Hakm-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Ağstafa şəhər stadionu, 15:30.

error: Məzmun qorunur!
Seçilən
22
46
arena.az

10Mənbələr