AZ

Matteo Politano “Napoli” ilə yeni müqaviləyə imza atdı

Futbol İtaliya milli komandasının və “Napoli”nin cinah hücumçusu Matteo Politano Neapol klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Napoli” müqaviləsinin müddəti 2027-ci ilin yayında bitəcək futbolçusunu daha bir il heyətində saxlamağa qərar verib. Belə ki, tərəflər arasındakı yeni müqavilənin müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub.

Matteo Politano “Roma”nın yetirməsidir. “Peruca”, “Peskara”, “Sassuolo”, “İnter” kimi klublarda da forma geyinmiş 32 yaşlı futbolçu 2020-ci ildən “Napoli”də çıxış edir. Təcrübəli vinger Neapol klubunun heyətində 238 oyun keçirib, 34 qol və 35 məhsuldar ötürmə müəllifi olub.

Politano 2018-ci ildə debüt etdiyi İtaliya milli komandasının heyətində 16 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “Napoli” “Qarabağ”la ÇL-in Liqa mərhələsinin 5-ci turu çərçivəsində, noyabrın 26-da öz meydanında üz-üzə gələcək.

error: Məzmun qorunur!
Seçilən
9
39
arena.az

10Mənbələr