AZ

Markizio: “Tudor “Yuventus”un DNT-sinə bələddir”

“Yuventus”un italiyalı sabiq yarımmüdafiəçisi Klaudio Markizio “byankoneri”nin xorvat baş məşqçisi İqor Tudor haqda söhbət açıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mən Tudoru hələ oyunçu vaxtımdan tanıyıram. Onunla 2006-cı ildə toplanışlarda olmuşam. O, 12-ci oyunçu idi, müxtəlif mövqelərdə oynayırdı, qol duyumuna və cəlbediciliyə malik idi. Tudor müvafiq keyfiyyətlərini məşqçi kimi də nümayış etdirir. O, “Yuventus”un DNT-sinə bələddir”, deyə Markizio vurğulayıb.

Xatırladaq ki, İqor Tudor “qoca sinyora”nı cari ilin mart ayında qəbul edib. Xorvat mütəxəssis “Yuventus”u bu müddət ərzində 18 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə, 3 məğlubiyyət yaşayıb, top fərqi isə 36:22 nisbətindədir.

“Yuventus” İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünü 70 xalla 4-cü yerdə başa vurub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Bu mövsüm isə komanda 4 oyuna topladığı 10 xalla 2-ci pillədə qərarlaşıb.

İqor Tudor daha öncə “Hayduk” (Split), PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona”, “Olimpik” (Marsel) və “Latsio”da da baş məşqçi olub.

error: Məzmun qorunur!
Seçilən
27
2
arena.az

10Mənbələr