Futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Növbəti turun oyunları iki günü əhatə edəcək. Qarşılaşmalar sentyabrın 29-da və 30-da keçiriləcək.
PFL-in yaydığı məlumatda o da vurğulanır ki, MDB oyunları ilə əlaqədar olaraq, 4-cü turun “Göygöl” – “Dinamo” oyununda ev sahibi komanda dəyişdirilib. Birinci dövrədə “Dinamo”, ikinci dövrədə isə “Göygöl” ev sahibi kimi çıxış edəcək.
İkinci Liqa
4-cü tur
29 sentyabr
“Araz Saatlı” – “Qaradağ Lökbatan”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Ağdaş” – “Quba”
Ağdaş şəhər stadionu, 15:00.
“Dinamo” – “Göygöl”
Binə qəsəbə stadionu, 15:00.
30 sentyabr
“Xankəndi” – “Şəki”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Şəmkir” – “Ağstafa Gəncləri”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Kür-Araz” – “Şirvan”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.