AZ

Azərbaycan millisi Çimkənddə 2 yoxlama oyunu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ilin oktyabr ayında Qazaxıstan yığma komandası ilə iki yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.

İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.

error: Məzmun qorunur!
Seçilən
23
39
arena.az

10Mənbələr