AZ

“Arsenal”da Noni Madueke şoku

Futbol üzrə İngiltərə milli komandasının və “Arsenal” klubunun sağ vingeri Noni Madueke zədə səbəbindən uzun müddət oynamayacaq.

Arena.az xəbər verir ki, “topçular”ın bu yay “Çelsi”dən 56 milyon avroya aldığı oyunçu dizindən xəsarət alıb.

O, Premyer Liqanın son turunda “Mançester Siti”yə qarşı matçda (1:1) sıradan çıxıb. 23 yaşlı hücumçunun müalicəsinin dəqiq müddəti bəlli deyil. Lakin həkimlər onun qış fasiləsinədək kənarda qalmasını mümkün hesab edirlər.

Xatırladaq ki, Noni Madueke daha öncə “Kristal Pelas” və “Tottenhem” klublarının futbol akademiyalarında oynayıb. O, 2018-ci ildən PSV-də çıxış etməyə başlayıb. “Çelsi” Maduekeni 2023-cü ilin yayında 35 milyon avro müqabilində heyətinə qatmışdı. Noni “zadəganlar”ın əsas komandasında bütövlükdə 92 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə müəllifi olub. “Arsenal” isə onu bu ilin yayında 56 milyon avro müqabilində heyətinə qatıb və 5 illik müqavilə bağlayıb.

Madueke “Arsenal”ın heyətində 6 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu, 2024-cü ilin sentyabrında əsas millidə debüt edib. O, millidə 9 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
25
7
arena.az

10Mənbələr