EN

Marko Arnautoviçin yeni klubu bəlli oldu

“İnter”dən ayrılan hücumçu Marko Arnautoviç bundan sonra karyerasını “Srvena Zvezda”da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 36 yaşlı futbolçu Serbiya çempionu ilə 2 illik sözləşmə bağlayıb.

Avstriyalı futbolçu həm sağ, həm də sol ayağından istifadə edə bilən universal mərkəz hücumçusudur və həmçinin hücumun sağ və sol cinahlarında da oynaya bilir. O, “İnter”də keçən yay daimi əsasda çıxış etməyə başlayıb, “neradzurri” isə onun üçün “Bolonya”ya təxminən 11 milyon avro ödəmişdi. Daha əvvəl o, “İnter”də icarə əsasında bir mövsüm keçirmişdi.

Marko karyerası ərzində həmçinin “Verder”, “Vest Hem”, “Stok Siti” və digər klublarda da çıxış edib. Avstriya millisində 125 oyuna çıxaraq 41 qol vurub.

Qeyd edək ki, “Srvena Zvezda” hazırda Serbiya çempionudur və yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.

Chosen
8
7
90deqiqe.az

10Sources