"Sportinq" klubu hücum xəttini Luis Suareslə gücləndirəcək.

Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi 27 yaşlı hücumçunun klubu "Almeriya" ilə danışıqları sürətləndirib. Yekun detalların bu həftə tamamlanacağı gözlənilir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

L. Suares 2023-cü ilin yanvarından "Almeriya"da çıxış edir. Kolumbiyalı futbolçu başa çatan mövsüm 27 qolla Sequndanın bombardiri olub.

"Sportinq" bu keçid ilə komandadan ayrılacağı gözlənilən Viktor Dyökereşin yerini doldurmaq istəyir.