"Qalatasaray"ın futbolçusu Pşemıslav Frankovski komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, polşalı sağ cinah müdafiəçisi ilə sabiq klubu "Lans" maraqlanır. Fransa klubu onu icarə əsasında heyətinə qaytarmaq istəyir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Frankovski bu ilin yanvarında "Lans"dan "Qalatasaray"a transfer olub. İstanbul klubu 30 yaşlı futbolçu üçün 7 milyon avro ödəyib.

O, burada 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.