"Beşiktaş" klubu "Milan"ın braziliyalı futbolçusu Emerson Royalla maraqlanır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı sağ cinah müdafiəçisini satınalma şərti ilə birlikdə icarəyə göstərmək istəyir. Onlar artıq İtaliya nəhəngi ilə danışıqlara başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
E. Royal ötən ilin yayında "Milan"a transfer olub. Bu ilin yanvarında "Qalatasaray" da onunla maraqlansa da, braziliyalı cinah müdafiəçisi zədələndiyi üçün bu keçid baş tutmamışdı.
O, "rossoneri"nin heyətində 25 oyuna çıxıb.