Kolumbiya yığmasının üzvü Riçard Riosun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Palmeyras"ı "Benfika"ya dəyişəcək. "Qartallar" bu keçid üçün 28 milyon avro ödəyəcək.

R. Riosla "Roma" da yaxından maraqlanırdı. Ancaq sonda bu transferdə "Benfika" hamını qabaqlayıb.

Kolumbiyalı futbolçu 2023-cü ildən "Palmeyras"da çıxış edirdi. O, burada 138 oyuna çıxıb və 11 qol vurub.