AZ

"Vest Hem" "Tottenhem"in yetirməsini transfer etdi

BAKI, 21 iyul. TELEQRAF

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "çəkicdöyənlər" azad agent statusunda olan Kayl Uoker-Piterslə müqavilə bağlayıb.

28 yaşlı müdafiəçi ilə 3 illik sözləşmə razılaşdırılıb. O, "2" nömrə altında oynayacaq.

Qeyd edək ki, Kayl Uoker-Piters son olaraq İngiltərənin digər təmsilçisi "Sauthempton"da çıxış edib. O, "Vest Hem"in əzəri rəqibi "Tottenhem"in yetirməsidir.

Seçilən
32
16
teleqraf.com

10Mənbələr