Bir dönəm "Qarabağ"da da çıxış edən Asmir Beqoviçin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı "Lester"ə transfer olmaq üzrədir. Tərəflər arasında son danışıqlar gedir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Beqoviç son olaraq "Everton"da çıxış edib. O, 2019/20 mövsümünün 1-ci yarısında "Qarabağ"ın da formasını geyinib.