EN

UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışa çıxarıldı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
 
Bu barədə Moderator.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
 
Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
 
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
 
Chosen
33
14
moderator.az

10Sources