UEFA Konfrans Liqasının II təsnifat mərhələsi üzrə keçiriləcək "Araz-Naxçıvan" - "Aris" oyununun biletləri satışa çıxarılıb.
Offsideplus.az xəbər verir ki, matç iyulun 24-ü saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək Liv Bona Dea Arena və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.