UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Bu barədə Busaat.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.