UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
ÇL: “Şelburn” və “Ludoqorets” növbəti mərhələdə - YENİLƏNİB
“Qarabağ”ın ÇL-dəki rəqibi bəlli olub
Futbolda inqilabi dəyişiklik: Penalti qaydası ləğv olunur?
Pavel Şafranko: “Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq”
“Selye”nin futbolçusu: “Rəqibi məğlub etmək üçün bütün məlumatlara sahibik”