AZ

“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdı. Biletlər hər gün saat 10.00-dan 21.00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Xatırladaq ki, sözügedən görüş iyulun 24-ü saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

Seçilən
4
9
football-plus.az

10Mənbələr