UEFA Konfrans Liqasının II təsnifat mərhələsində iyulun 24-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.