Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün 32-ci turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Azərbaycan Premyer Liqasında vurduğu qolların sayını 25-ə çatdırıb.
O, “Zirə” ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.
Ramalinqom Premyer Liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. “Səbail”də 15 (35 oyun) dəfə fərqlənmiş madaqaskarlı futbolçu “Sumqayıt”da 10 (28 oyun) qola sevinib.
Xatırladaq ki, Aleksandr Ramalinqom “Sumqayıt”a 2025-ci ilin yayında cəlb olunub. 32 yaşlı futbolçu sözügedən komandanın heyətində 33 oyuna çıxıb, 12 qol və 3 assist müəllifi olub.
“Sedan”, “Mariqnan”, “Bney Saxnin”, “Bezires”, “Ayaçço”, “Virton” kimi klublarda da oynamış Ramalinqom ölkəmizdə daha öncə “Səbail”in də (38 oyun, 17 qol, 1 assist) formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.
