AZ

Super Liqa: “Beşiktaş” “Qaziantep”i də yenə bilmədi – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Alanyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. Dörd qolun vurulduğu “Beşiktaş” – “Qaziantep” görüşündə də qalib müəyyənləşməyib.

Beləliklə, geridə qalmış 15 turdan sonra 36 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 34 xalla ikinci, “Fənərbağça” 33 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 25, “Beşiktaş” və “Samsunspor”un 25, “Qaziantep”in 23 xalı var.

Türkiyə, Super Liqa
15-ci tur

5 dekabr

Qalatasaray – Samsunspor 3:2
Qollar: L.Sane, 8. Osimhen, 29; 90+2 – Musaba, 56. E.Kılınc, 88.

6 dekabr

Eyüpspor – Kayserispor 1:1
Qollar: E.Akbaba, 51 – L.Benes, 70.

Konyaspor – Rizəspor 1:1
Qollar: U.Nayir, 66-pen – S.Akaydın, 45+1.

Başakşəhər – Fənərbağça 1:1
Qollar: B.Yıldırım, 81 – M.Şkrinyar, 64.

7 dekabr

Kocaelispor – Kasımpaşa 0:0

Gənclərbirliyi – Karagümrük 3:0
Qollar: O.Ülgün, 29. Koita, 65. M.Mimaroğlu, 74.

Göztəpə – Trabzonspor 1:2
Qollar: A.Dennis, 85 – Muçi, 46; 76.

8 dekadr

Alanyaspor – Antalyaspor 0:0

Beşiktaş – Qaziantep 2:2
Qollar: E.B.Ture, 35. T.Abraham, 70 – M.Bayo, 7; 66.

Seçilən
140
3
arena.az

10Mənbələr