AZ

Yuri Vernidub – “Neftçi”nin yeni baş məşqçisi! – ARENA.AZ

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Yuri Vernidub təyin edilib.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlamış, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.

Yuri Vernidub müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub. “Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran təcrübəli mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

Vitali Vernidub məhz Yuri Vernidubun oğludur. Hansı ki, veteran futbolçu bir müddət ölkəmizdə “Qəbələ”nin formasını geyinib.

Seçilən
80
8
arena.az

10Mənbələr