“Ayaks”ın baş məşqçi əvəzi Fred Qrim Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.
Fred Qrim bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Bakıya səhayətimiz yaxşı keçdi. Amma səfər heç də ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz də bura gəliblər. Klub rəhbərliyi bizə çox böyük dəstək verir. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var.
“Qarabağ”ın oyunlarına baxmışam. Çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.
Futbolçularımız üçün ciddi oyundur. Yol yorğunluğu var, amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.
Vut Veqhorst haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə zədə ilə üzləşməsi üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük.
Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah “Qarabağ”la görüşdə xal qazanaq”.
