AZ

Antonio Rüdiger Səudiyyə Ərəbistanına getməyə hazırdır – ARENA.AZ

“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçəcəyi ilə bağlı şayiələri cavablayıb.

Arena.az almaniyalı futbolçunun müvafiq cavabını təqdim edir:

“Səudiyyə Ərəbistanı? N’Qolo Kante Fransa yığmasına qayıdıb. Odur ki, kimsə Səudiyyə Ərəbistanına oynamağa gedirsə, bu, onun pis olacağı demək deyil”, deyə Rüdiger vurğulayıb.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rüdiger “Real”ın heyətində cəmi 4 oyuna çıxıb. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 160 oyun, 7 qol, 4 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 81 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
100
8
arena.az

10Mənbələr