“Ayaks”ın qapıçısı Viteslav Yaroş Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.
Viteslav Yaroş bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Ayaks”da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”.
Xatırladaq ki, çexiyalı qolkiper “Ayaks”a bu yay İngiltərənin “Liverpul” klubundan icarə əsasında keçib. 23 yaşlı qapıçı 2026-cı ilin yayınadək Amsterdam təmsilçisində çıxış edəcək. O, “Ayaks”ın heyətində 14 oyuna çıxıb, 21 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
