AZ

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

"Report" xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Palms Sports Arena"da baş tutan oyunda erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə isə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıb.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub

Seçilən
0
12
musavat.com

10Mənbələr