AZ

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Futbol üzrə Azərbaycan Kubokunun mükafatlandırma mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, final qarşılaşmasından sonra qalib və mükafatçılara kubok və medallar təqdim olunub.

Mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, qurumun baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasına qızıl, “Zirə”yə isə gümüş medallar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü iki titulla başa vurub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
3
icma.az

10Mənbələr