AZ

Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

BAKI, 13 may. TELEQRAF

Azərbaycan Kubokunda 2025/2026 mövsümünün qalibi mükafatlandırılıb.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da baş tutan həlledici görüşdə “Sabah” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Görüşün ardından “Zirə” gümüş, “Sabah” isə qızıl medallarla mükafatlandırılıb.

Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər.

Mərasimin sonunda “Sabah” komandasına kubok AFFA-nın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

Seçilən
14
50
teleqraf.com

10Mənbələr