AZ

"Sabah" komandası mükafatlandırılıb - Yenilənib

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb.

Medalları AFFA prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

***

“Sabah” futbol klubu 2025/2026 mövsümü Azərbaycan Kubokunun qalibi olub.

Final qarşılaşmasında “Zirə” ilə üz-üzə gələn “Sabah” 2:1 hesablı qələbə qazanaraq turnirin qalibi adını əldə edib.

“Palms Sports Arena”da keçirilən matçda “Zirə” 4-cü dəqiqədə Eren Aydının qolu ilə hesabı açıb və ilk hissəni öndə tamamlayıb.

Lakin ikinci hissədə oyuna nəzarəti ələ alan “Sabah” 70-ci dəqiqədə Patrik Mbinanın qolu ilə tarazlığı bərpa edib, əlavə olunmuş vaxtda isə Coy Lens Mikels qələbə qolunu vurub.

Bu nəticə ilə “Sabah” tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazanıb.

Seçilən
0
50
anews.az

10Mənbələr