AZ

“Sabah” Azərbaycan Kubokunun qalibi oldu

“Sabah” Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

 90deqiqe.Az xəbər verir ki, final qarşılaşmasında “Zirə” ilə üz-üzə gələn “bayquşlar” 2:1 hesablı qələbəyə seviniblər.

“Sabah” baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında keçirilən oyunda erkən qolla geriyə düşüb. Qarşılaşmanın 4-cü dəqiqəsində Eren Aydın “qartallar”ı hesabda irəli çıxarıb.

İkinci hissədə toparlanan “Sabah” 70-ci dəqiqədə Patrik Mbina, 90+1-ci dəqiqədə isə Coy Lens Mikelsin qolları ilə əzmkar qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, bu nəticə “Sabah” klubunun tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.

Seçilən
13
12
90deqiqe.az

10Mənbələr