AZ

"Sabah" Azərbaycan Kubokunun qalibi olub

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Far.Az xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ilk Azərbaycan Kuboku olub.

***21:56

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda üçüncü qol vurulub.

Far.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesabda irə çıxıblar - 2:1.

90+1-ci dəqiqədə Coy Lens Mikels dəqiq zərbə müəllifi olub

***21:34

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.

70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.

***21:17

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.

***20:53

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

Far.Az xəbər verir ki, "qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesbaı ilə öndə yollanıblar.

***20:06

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.

Far.Az xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.

4-cü dəqiqədə Eren Aydın fərqlənib.

***20:00

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyunu başlayıb.

Far.Az xəbər verir ki, qarşılaşma "Palms Sports Arena"da keçirilir.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

Seçilən
1
12
far.az

10Mənbələr