AZ

Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından təyinat alıblar.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.

Seçilən
0
5
90deqiqe.az

10Mənbələr