Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.
İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.
Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar. Bu, Bosniya və Herseqovinanın “Izvidac” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.
Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında təşkil olunacaq