ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.
Ədalət təmsilçiləri kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "İzvidaç" (Bosniya və Herseqovina) - "Karvina" (Çexiya) matçında iş başında olacaqlar.
Qeyd edək ki, qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.