AZ

Azərbaycanlı hakim qardaşlar Avropa Kubokuna təyinat aldılar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.

"Cebheinfo.az"

Seçilən
0
5
cebheinfo.az

10Mənbələr