AZ

Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

Bu barədə "Far.Az"a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.

Seçilən
13
5
far.az

10Mənbələr