Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.
Moderator.az bu barədə Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir.
Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Onlar Bosniya və Herseqovinanın "İzvidaç" və Çexiyanın "Karvina" komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.
Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin "Lyubuşki" İdman Zalında baş tutacaq.