Premyer Liqada mübarizə aparan “Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turuna təsadüf edib.
Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Əyalət təmsilçisi 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.
“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdir. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.
Qeyd edək ki, Gəncə təmsilçisi rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib – 3:0.
Azər Bağırovun rəhbərlik etdiyi komanda Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 13 məğlubiyyətə üzülüb. Gəncəlilər 12 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıblar.
