AZ

Nigar Mirzəliyeva: “Hədəflərim böyükdür” – ARENA.AZ

Almaniyanın “Hamburq” klubuna transfer olunan qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva açıqlama verib.

Arena.az xəbər verir ki, 23 yaşlı müdafiəçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında ölkəni layiqincə təmsil edəcəyinə və böyük uğurlara imza atacağına inandığını vurğulayıb:

“Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. “Hamburq” tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam”.

Xatırladaq ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib. Sankt-Peterburq təmsilçisinin heyətindəki uğurlu çıxışı ilə diqqət mərkəzinə düşməyi bacarmış müdafiəçi ötən gün “Hamburq”la 2,5 illik müqaviləyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
60
11
arena.az

10Mənbələr