AZ

Kurban Berdıyev: “İkinci qolu tez vursaydıq…” – ARENA.AZ

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kurban Berdıyev nominal meydan sahibi olduqları bu matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər. Qış fasiləsində futbolçularımız yaxşı məşq ediblər. Komandaya yaradılmış şərait də yaxşı idi”.

Xatırladaq ki, “Turan Tovuz” bu qələbədən sonra 30 xalla 3-cü pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 16 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
48
11
arena.az

10Mənbələr