AZ

Noa Lanq və Yaser Asprilya “Qalatasaray”da – Rəsmi – ARENA.AZ

“Qalatasaray” heyətini iki yeni futbolçu – niderlandlı vinger Noa Lanq və kolumbiyalı vinger Yaser Asprilya ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi Noa Lanqı İtaliya çempionu “Napoli”dən, Yaser Aspirilyanı isə İspaniyanın “Jirona” klubundan cari mövsümün sonunadək icarəyə götürüb. Türkiyə çempionu hər iki oyunçunu satınalma şərti ilə heyətinə qatıb.

“Ayaks” və “Feyenoord”un yetirməsi olan Noa Lanq vaxilə “Beşiktaş”ın da aşağı yaş qrupları üzrə komandalarında oynayıb. O, peşəkar karyerası ərzində “Ayaks”, “Tvente”, “Brügge”, PSV kimi klublarda çıxış edib. O, “Napoli”yə 2025-ci ilin yayında 25 milyon avro müqabilində keçib. 26 yaşlı niderlandlı sol vinger Neapol təmsilçisinin heyətində 27 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2021-ci ildə əsas millidə debüt edib. O, Niderland yığmasında 15 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Yaser Asprilya isə “Enviqado”nun yetirməsidir. “Jirona” Yaseri 2024-cü ilin avqustunda “Uotford”dan 25 milyon avroya transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçu bu mövsüm 17 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib. Aspirilya “Jirona”nın heyətində bütövlükdə 50 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

22 yaşlı sağ vinger 2022-ci ildə debüt etdiyi Kolumbiya yığmasının heyətində 11 oyuna çıxıb, 2 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
6
arena.az

10Mənbələr