AZ

Kaplanoviç: “Çox sadə qollar buraxdığımıza görə məyusuq” – ARENA.AZ

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Azərbaycan Premyer Liqasının 17-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Veliçko Kaplanoviç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərlə bağlı problemimiz oldu. “Turan Tovuz” da bundan istifadə edə bildi. Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha 2 qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, gedişatı dəyişə bilmədik. Bu cür oyunlarda çox sadə qollar buraxdığımıza görə məyusuq. Hətta birinci hissədə pis oynasaq da, Aleksander Ramalinqomun şansı var idi, o da dirəkdən döndü. Belə komandalarla oyunda gərək hər iki hissədə yaxşı oynayasan ki, nəticə qazanasan.

Biz artıq mərkəz müdafiəçisi gətirmişik. Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik. Qış fasiləsində çarə tapmaq asan deyil. Təcrübəli oyunçularımız var. Amma bu duruma nəyə görə düşdüyümüzü bilmirəm. Qış fasiləsindən sonra adaptasiya üçün vaxt lazım gələ bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
69
9
arena.az

10Mənbələr