AZ

Məhəmməd Bəna – Azərbaycan millisinin yeni baş məşqçisi! – ARENA.AZ

İranlı mütəxəssis Məhəmməd Bəna Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə imzalandığını bəyan edib.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

İran yığması London-2012 Yay Olimpiya Oyunlarında Məhəmməd Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşi tarixində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb.

2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
41
7
arena.az

10Mənbələr