Birinci Liqa təmsilçisi “Mingəçevir”in mərkəz hücumçusu Samir Abdullayev bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, klub bu qış transfer dönəmində ilk transferini edib. Yevlaxlılar Samir Abdullayevin keçidini rəsmiləşdiriblər. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Yevlax təmsilçisinin formasını geyinəcək.
Samir Abdullayev mövsümün ilk yarısını “Mingəçevir” klubunda keçirib. Bu müddət ərzində 12 oyuna çıxmış Samir 4 qol vurub.
“Keşlə”nin (indiki “Şamaxı”) yetirməsi olan Samir “Şamaxı” və “SəbaiL”də də forma geyinib. O, “Mingəçevir”ə 2025-ci ilin yayında “Səbail”dən azad agent kimi keçmişdi.
Premyer Liqanın cari mövsümünün aşkar autsayderi olan “Karvan” buna qədər yalnız Səid İranxanla yollarını ayırdığını açıqlamışdı.
