AZ

Kapello: “Real”ın yarımmüdafiəsində əvvəlki keyfiyyət yoxdur” – ARENA.AZ

İtaliyalı məşhur futbol mütəxəssisi, keçmiş baş məşqçi Fabio Kapello İspaniya nəhəngi “Real”ın (Madrid) əsas fəsadını açıqlayıb.

Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Real”ın yarımmüdafiə xəttində əvvəlki yüksək keyfiyyəti yoxdur. Luka Modriçi, Toni Kroosu, Kazemironu xatırlayın – indi belə bir yarımmüdafiə xəttini haradan tapmaq olar? Bütün o illərdə bu, “Real”ın əsas gücü idi”, deyə Kapello vurğulayıb.

Niderland futbolunun əfsanəsi, keçmiş yarıımüdafiəçi Ruud Qullit isə “Real”ın ən yaşı futbolçusu ilə bağlı qənaətini açıqlayıb:

“Cud Bellingem “Real”ın malik olduğu ən yaxşı oyunçudur. Böyük həcmdə iş görür”, deyə Qullit vurğulayıb.

Xatırladaq ki, Xabi Alonsonun rəhbərlik etdiyi “Real” ötən gecə İspaniya Super Kubokunun finalında əzəli rəqibi “Barselona”ya 2:3 hesabıyla məğlub olaraq titulu əldən verib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
37
6
arena.az

10Mənbələr