AZ

U-21 millimiz toplanışa başladı, Rüstəmovu Bağırzadə əvəzlədi – ARENA.AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-21) 2026-cı ildəki ilk təlim-məşq toplanışına start verilib.

Arena.az xəbər verir ki, yeni ilin ilk məşqi Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutub.

Yeri gəlmişkən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “Səbail”in oyunçusu Emin Rüstəmovun əvəzinə “Qəbələ”nin futbolçusu Ceyhun Bağırzadə milliyə cəlb edilib.

Qeyd edək ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-21 millimizin yanvarın 16-da Birinci Liqada mübarizə aparan “Səbail”lə sınaq matçı nəzərdə tutulub. Yanvarın 17-də isə Premyer Liqa təmsilçisi “Şamaxı” ilə qarşılaşma planlaşdırılır.

Gənclər yığmamızın təlim-məşq toplanışı yanvarın 17-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
44
10
arena.az

10Mənbələr