İtaliyanın “Fiorentina” klubunun mərkəz müdafiəçisi Pablo Mari bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Arena.az xəbər verir ki, “Əl-Hilal” 32 yaşlı ispan futbolçunu heyətinə qatdığını açıqlayıb.
32 yaşlı müdafiəçi yeni klubu ilə 6 ay + 1 illik müqaviləyə imza atıb. “Əl-Hilal” bu transfer üçün “Fiorentina”ya 2 milyon avro ödəyib.
Xatırladaq ki, Pablo Mari 2025-ci ilin yanvar ayında Florensiya təmsilçisinə keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb. İspan futbolçunun “Fiorentina” karyerası bütövlükdə 29 oyundan ibarətdir.
Pablo Mari “Malyorka”nın yetirməsidir. O, karyerası ərzində “Ximnastik”, “Mançester Siti”, “Jirona”, “NAK Breda”, “Deportivo”, “Flamenqo”, “Arsenal”, “Udineze”, “Montsa” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
