AZ

“Barselona” üçün son 10 ilin ən yaxşı qələbə seriyası – ARENA.AZ

“Barselona” İspaniya Super Kubokunun final matçında “Real”a qalib gələrək bütün turnirlər daxil olmaqla, ardıcıl 10-cu qələbəsini rəsmiləşdirib.

Arena.az xəbər verir ki, bu, kataloniyalıların son 10 ildəki ən yaxşı nəticəsidir.

“Barsa” 2016-cı ildən bəri belə bir seriyaya imza atmamışdı. O zaman onlar 6 yanvar – 7 fevral tarixləri aralığında ardıcıl eyni sayda oyunda qalib gələ bilmişdilər.

“Barselona” cari mövsümdə İspaniya Kubokunda “Qvadalaxara”ya (1:0), UEFA Çempionlar Liqasında “Ayntraxt”a (2:1) qalib gəlib, həmçinin ölkə Super Kubokunun iki görüşündə (“Atletik” – 5:0 və “Real” – 3:2) qələbə qazanıb. Bundan əlavə, kataloniyalıların aktivində La Liqada 6 qələbə var. Onlar “Alaves” (3:1), “Atletiko” (3:1), “Betis” (5:3), “Osasuna” (2:0), “Vilyarreal” (2:0) və “Espanyol”dan (2:0) güclü olublar.

Hansi Flikin komandasına sonuncu məğlubiyyəti 25 noyabr 2025-ci ildə UEFA Çempionlar Liqası matçında Londonun “Çelsi” klubu yaşadıb. Həmin vaxt görüş ingilislərin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
7
arena.az

10Mənbələr